"Bakı-2015":Taekvondoçumuz finalda

17:45 - 17 İyun 2015

68 kq çəki dərəcəsində...

 

Bu gün Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

 

Sportal.az xəbər verir ki, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.

 

Taekvondoçuların yarışının ilk günündə 1 bürünc medal qazanan Azərbaycan yığmasının daha iki üzvü tatami üzərinə çıxacaq. Kişilərin yarışında Ayxan Tağızadə, qadınların mübarizəsində isə Günay Ağakişiyeva qüvvəsini sınayacaq.

 

Taekvondo

Kişilər

68 kq

Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. 19 yaşlı idmançımız təcrübəli rəqib qarşısında layiqli mübarizə aparıb. Hücumda dəqiq, müdafiədə diqqətli olan Tağızadə 7:5 hesabı ilə qalib gələrək, yarımfinalda iştirak hüququ qazanıb.

 

"Neftçi İdman Klubu"nun üzvü finala gedən yolda Aleksey Denisenko ilə döyüşüb. Tağızadə əvvəlki qarşılaşmalarında olduğu kimi bu dəfə də inamlı təsir bağışlayıb. Həmyerlimiz rəqibinin Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının mükafatçısı olmasına baxmayaraq, çəkinmədən mübarizə aparıb və onu üstələyib - 7:5.

Xəbər xətti