Yarış millimiz üçün başa çatdı
"Bakı-2015" I Avropa Oyunlarında su polosu üzrə kişi və qadınlardan ibarət komandaların mübarizəsi davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisi üçün artıq yarış başa çatıb.
Qrupda keçirdiyi bütün oyunlarda məğlub olan, ardınca 15-16-cı yerlər uğrunda Maltaya qalib gələn Azərbaycanın kişilərdən ibarət komandası 13-cü yer uğrunda Türkiyə millisi ilə üz-üzə gəlib. Bu görüşdə də uduzan yığmamız yarışı 14-cü yerdə tamamlayıb.
Qadınlardan ibarət komandaların yarışında isə yarımfinalçılar artıq bəllidi. Qrupdan birbaşa 1/2 finala adlayan Rusiya və Yunanıstan öz rəqiblərini gözləyirdilər. Pley-offda isə İtaliya və İspaniya müvafiq olaraq Hollandiya və Macarıstana qalib gələrək, medal şanslarını davam etdiriblər. Yarımfinalda İtaliya Rusiyaya, İspaniya isə Yunanıstana rəqib olacaq.
Su polosu, kişilər
17 iyun
1/4 final
Rusiya – İspaniya - 9:14
Yunanıstan – Macarıstan 10:10, cərimə zərbələri ilə 5:3
18:00. Almaniya - Xorvatiya
19:45. Serbiya - İtaliya
9-12-ci yerlər uğrunda
18:00. Makedoniya - Slovakiya
19:45. Fransa – Rumıniya
13-14-cü yerlər uğrunda
Türkiyə - Azərbaycan - 11:6
15-16-cı yerlər uğrunda
Ukrayna – Malta - 13:8
Qadınlar
1/4 final
Hollandiya - İtaliya - 12:18
Macarıstan - İspaniya - 5:8
7-12-ci yerlər uğrunda
Böyük Britaniya - Serbiya - 3:11
İsrail - Fransa - 7:7, cərimə zərbələri ilə 2:4
saytlarin hazirlanmasi