"Onda elə bil ki, həyatda yox idim"

03:05 - 18 İyun 2015

Aryen Robben: “Sanki üstümdə ağır yük gəzdirirdim”
 
Almaniya kubokunun yarımfinalında Dortmund “Borussiya”sı ilə qarşılaşmada zədə alan “Bavariya”nın aparıcı üzvü Aryen Robben hələ özünə gələ bilməyib.
 
Sportal.az xəbər verir ki, zədəsini bərpa edən hollandiyalı futbolçu növbəti mövsümün startına qədər hazır olmağa çalışır.
 
Futbolçu zədəli olduğu müddətdə ciddi sıxıntılar keçirdiyini deyib:
 
“Zədəli futbolçu öz dünyasında olur. O cümlədən mənə də pis təsir etdi. Onda elə bil ki, həyatda yox idim. Sanki üstümdə ağır yük gəzdirirdim. Çətin anlarda mənə dəstək olanlara təşəkkür edirəm. Onlar da mənim tezliklə meydana qayıtmağımı gözləyirlər. Əvvəlki formamı yığmaq üçün məşqlərdə çox çalışmalıyam. İnanıram ki, qısa müddət ərzində hər şey qaydasına düşəcək”.                

Xəbər xətti