"Bakı-2015": Güləşçilərimizdən üç bürünc medal YENİLƏNİB

21:06 - 18 İyun 2015

4 çəkidə yarışlar

 

Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatacaq.

 

Sportal.az xəbər verir ki, baş tutacaq 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşacaq.

 

Güləş

Kişilər, sərbəst

61 kq
 
Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin qardaşı Hacı Əliyev mübarizəyə 1/8 finaldan qoşulacaq. O, ilk görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyanla qarşılaşıb. H.Əliyev erməni rəqibini 7:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.  O, bu mərhələdə Mikolo Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. İdmançımız yarımfinalda Aleksandr Boqomoyevlə üz-üzə gəlib və 2:5 hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, Əliyev bürünc medal uğrunda mübarizəni davam etdirəcək. O, türkiyəli Recep Munir Aktaşla yarışıb.  İdmançımız 10:2 hesabı ilə qalib gələrək Avropa Oyunlarını 3-cü yerdə bitirib.
70 kq
 
Bu çəkidə ölkəmizi Avropa çempionumuz Ruslan Dibirhacıyev təmsil edəcək. Lakin onun 1/8 finalda Maqomedmurad Hacıyevlə (Polşa) döyüşüb və 2:7 hesabı ilə məğlub olub. Polşa idmançısı finala qədər irəlilədiyi üçün Ruslan Dibirhacıyev təsəlliverici yarışlara qatılıb. İlk öncə bolqarıstanlı Miroslav Kirovu 4:1 hesabı ilə məğlub edən güləşçimiz daha sonra macarıstanlı Zsombor Qulyasla üz-üzə gəlib. Bu döyüşü də qələbə ilə başa vuran (4:3) Dibirhacıyev bürünc medal uğrunda mübarizə aparıb. O, (70 kq) 3-cü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Davit Tlaşadzeni 6:2 məğlub edərək bürünc medalı qazanıb.
86 kq
 
Yığmamızın üzvü Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Təmsilçimiz 14:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. O,1/4 finalda Abdulrəşid Sadulayevə (Rusiya) 1:11 hesabı ilə uduzub. Buna baxmayaraq, rusiyalı güləşçi finala vəsiqə qazandığından Nurmaqomed təsəlliverici görüşlərə qatılacaq. Təmsilçimiz bu mərhələdə Vasile Zuz Tudorla (İtaliya) qarşılaşıb və parlaq qələbə qazanıb - 10:0. Güləşçimiz 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə qarşılaşıb. Bu görüşdə Hacıyev  3:5 hesabı ilə uduzub və  yarışı 5-ci pillədə bitirib.
125 kq
 
Ən ağır çəki dərəcəsində ölkəmizi təmsil edəcək güləşçimiz Camaləddin Maqomedov mübarizəyə 1/8 finaldan start verib. Avropa və dünya çempionatının mükafatçısı ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib.  Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb və 2:5 hesabı ilə uduzub. Akgül finalda iştirak hüququ qazandığından Maqomedov təsəlliverici görüşlərə qatılacaq. O, Robert Baranla (Polşa) güləşib. Rəqibinə 11:0 qalib gələn Camaləddin bürünc medal uğrunda yarışda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşıb. Maqomedov rəqibini 7:2 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.

Xəbər xətti