"Fənərbaxça" və "Qalatasaray"a şad xəbər, artıq İstanbuldadı

12:28 - 18 İyun 2015

Nani "fənər"ə, Boatenq "cim-bom"a

 

İsmayıl Kartalı göndərdikdən sonra baş məşqçi postuna Viktor Pereiranı gətirən "Fənərbaxça"da transfer çalışmaları davam edir.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Simon Kyaer ilə müqavilə imzalayan sarı-lacivərtlilər Naninin də menecerini İstanbula dəvət edib. Menecer Federiko Pastorello transfer danışıqları üçün bu gün "Fənərbaxça"nın binasına gəlib.

 

Pastorello eyni zamanda Kevin Prins Boatenqin də meneceridir. Onun "Qalatasaray" rəsmiləri ilə də görüşməsi gözlənilir.

Xəbər xətti