"Dedi ki, var gücünlə döyüş, İlham Əliyev sənə baxmağa gəlib"

15:35 - 18 İyun 2015

"Gördüm ki, mənim döyüşümdən öncə prezident gəldi"

 

“Qələbə qazandığım üçün çox sevinirəm. Prezidentin məni alqışlamasından böyük uğur varmı?”.

 

Sportal.az xəbər verir ki, bu sözləri dünən qızıl medal qazanan taekvondoçumuz Ayxan Tağızadə deyib. 

 

Qızıl medalçımız həyatında heç bu qədər sevinmədiyini söyləyib: "Mən döyüşlərə televizorda baxırdım. Gördüm ki, mənim döyüşümdən öncə prezident gəldi. Artıq həyəcanlanmağa başladım. Bizim federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də gəlib dedi ki, var gücünlə döyüş, prezident sənin döyüşünə baxmağa gəlib. Düzdü rəqibim güclü idi, bunu da görüşdə özünüz də görmüş olarsınız, amma mən qələbə qazandım. Çox sevincliyəm. Həyatımda bu qədər sevinməmişdim. Ən çətin görüşüm elə finalda oldu. Şükür ki, bu yarışda qarşıma qoyduğum hədəfə nail oldum. Müəllimin bütün tapşırıqlarına əməl edərək birinci oldum".

 

Qeyd edək ki, Ayxan Tağızadə polşalı Karol Robakla final görüşündə rəqibini 10:9 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Xəbər xətti