"Qalatasaray" Lombertslə maraqlanır

16:34 - 18 İyun 2015

Müdafiəçi Superliqada?

 

"Zenit"in müdafiəçisi Nikolas Lomberts karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, transfer qiyməti 8,5 milyon avrosu olan 30 yaşlı belçikalı futbolçu ilə "Qalatasaray" yaxından maraqlanır.

 

Qeyd edək ki, Lomberts bu mövsüm "Zenit"in heyətində çıxdığı 24 matçda 1 asistlə yadda qalıb.

Xəbər xətti