"Azərbaycanda iki ciddi klub var - "Qarabağ" və "Qəbələ"

18:17 - 18 İyun 2015

"Azərbaycan çempionatı Ukrayna çempionatından zəifdi"

 

Ukrayna çempionatında çıxış edən Luqansk "Zarya"sının baş məşqçisi Yuri Vernidub komandanın müdafiəçisi, eyni zamanda oğlu olan Vitali Vernidubun "Qəbələ"yə keçidindən danışıb.

 

Sportal.az xəbər verir ki, Vernidub öz açıqlamasında bunları qeyd edib:

 

"Vitali mənim üçün ilk növbədə əsl peşəkar idi. "Qəbələ"dən gələn təklifə dair qərarı futbolçu özü qəbul edib. Bir halda ki, belə bir qərar verdi, deməli, haqqı çatır. Vitalinin yeni komandası son mövsümü 3-cü yerdə başa vurub. Bəli, Azərbaycan çempionatı Ukraynadan zəifdi. Amma orada mənim fikrimcə, iki ciddi komanda var. Bunlar "Qarabağ" və "Qəbələ"dir. Bundan əlavə "Qəbələ"ni Roman Qriqorçuk çalışdırır. Bu insanı ölkəmizin ən istedadlı məşqçilərindən biri hesab edirəm. Fikrimcə, oyun baxımından Vitali "Qəbələ"də artıracaq".

Xəbər xətti