23 yaşlı müdafiəçi “Sauthempton”la 4 illik müqavilə bağladı
Portuqaliya yığmasının üzvü Sedrik Suariş karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, “Sportinq”də forma geyinən 23 yaşlı müdafiəçi “Sauthempton”a transfer olunub.
İngiltərə təmsilçisinə 6,5 milyon avroya başa gələn portuqaliyalı futbolçu klubla 4 illik rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, bu vaxta qədər Sedrik Suariş Portuqaliya çempionatında 93 oyun keçirib.
saytlarin hazirlanmasi