Adriano yenidən “Sevilya”ya qayıdır
“Barselona”da çıxış edən Adriano komandadan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, əsas heyətdə yer almayan futbolçu komandasını dəyişmək fikrinə düşüb.
Kataloniya təmsilçisininin ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən braziliyalnın yenidən “Sevilya”ya qayıtmaq ehtimalı artıb. Əndəlus təmsilçisi sabiq futbolçusunu düşərgəyə cəlb etməklə müdafiədəki problemləri aradan qaldırmağa çalışır.
2005-2010-cu illərdə “Sevilya”da yüksək oyunu ilə diqqət çəkən braziliyalı futbolçu daha sonra “Barselona”ya transfer olunub.
Qeyd edək ki, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 16 oyun keçirən Adriano 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi