Qızıl medal qazana bilmədi, üzr istədi

01:51 - 19 İyun 2015

“Rusiyalı idmançıya artıq dördüncü dəfədir uduzuram” 
 
"Öncə Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, mənə sona qədər dəstək oldular. Onlar ilk döyüşümdən etibarən məni çox gözəl şəkildə dəstəklədilər və inandılar". 

Sportal.az xəbər verir ki, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarında ölkəmizə gümüş medal qazandıran taekvondoçumuz Fəridə Əzizova (67 kq) deyib.

Əzizova qızıl medal qazana bilmədiyi üçün təssüfləndiyini bildirib: 
 
"Təssüflər olsun ki, Azərbaycanın hesabına daha bir qızıl medal yazdıra bilmədim. Buna görə xalqımdan üzr istəyirəm. Finalda qarşılaşdığım rusiyalı idmançıya artıq dördüncü dəfədir uduzuram. Hər dəfə ona xal verdiyim üçün səhvin özümdə olduğunu düşünürəm. Artıq növbəti qarşılaşmamızda həmin səhvləri təkrar etməməyə və ona qalib gəlməyə çalışacam. Bunun üçün çox yaxşı hazırlaşacam".
 
Mənbə: Qol.az

Xəbər xətti