Turin təmsilçisi “zadəganlar”la razılığa gəldi
“Çelsi”nin braziliyalı üzvü Oskarı İtaliya çempionu “Yuventus” düşərgəsinə qatmağa yaxındır.
Sportal.az xəbər verir ki, Londona səfər edən Turin təmsilçisinin rəsmiləri 23 yaşlı futbolçunun keçidini həll edib.
“Çelsi”ylə 18 milyon funt sterlinq qarşılığında razılığa gələn “Qoca Sinyora” yaxın günlərdə Oskarla rəsmi müqavilə bağlayacaq.
Qeyd eədk ki, ötən mövsüm İngiltərə Premyer Liqasında 28 oyuna çıxan braziliyal futbolçu 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi