PAOK xorvatiyalı məşqçiylə 3 illik müqavilə bağladı
 
	 
	Yunanıstanın PAOK klubunu yeni mövsüm İqor Tudor çalışdırcaq.
	 
	Sportal.az xəbər verir ki, 37 yaşlı xorvatiyalı mütəxəssis klub la 3 illik müqavilə bağlayıb.
	 
	Futbolçu karyerası ərzində İqor Tudor “Hayduk”, “Yuventus” və “Siena” klublarında çıxış edib. 
	 
	Xorvatiya millisində 57 oyun keçirən müdafiəçi 1998-ci il dünya çempionatında bürünc medal qazanıb. 1998-2006-cı illərdə yığmaya çağrılan İqor Tudor hazırda millimizə başçılıq edən Robert Prosneçkinin komanda yoldaşı olub.
	 
	Qeyd edək ki, PAOK-a gəlməmişdən əvvəl, İqor Tudor vətənində “Hayduk” klubunu çalışdırıb. 
                      
saytlarin hazirlanmasi