"Xəzər Lənkəran"ın planı məlum oldu

12:14 - 19 İyun 2015

Kapadokyada təlim-məşq

 

Mövsümlərarası yay fasiləsində “Xəzər Lənkəran” ölkə xaricində təlim-məşq toplantısı keçəcək.

 

Sportal.az xəbər verir ki, hazırda istirahətdə olan heyət iyunun 23-də Bakıda bir araya gələcək. Komanda toplandıqdan sonra bir neçə gün ərzində sənədlərin hazırlanması yekunlaşacaq və eyni zamanda futbolçular həkim müayinəsindən keçəcəklər. İyun ayının 28-də isə komanda tam heyətlə Türkiyəyə yola düşəcək.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” təlim-məşq toplantısını qardaş ölkənin Nevşehir şəhərinin Kapadokya bölgəsində keçirəcək.

Xəbər xətti