Albaniyalı idmançı dopinqlə ilişdi
Albaniyalı idmançı Recildo Zeneli “Bakı 2015” I Avropa Oyunlarında tətbiq edilən Avropa Olimpiya Komitəsinin anti-dopinq qaydalarını pozduğuna görə yarışlardan uzaqlaşdırılıb.
Sportal.az "Bakı-2015"in saytına istinadən xəbər verir ki,
albaniyalı boksçunun dopinq yoxlamasında qadağan olunan preparatlar siyahısında olan furosemid aşkarlanıb.
Xatırladaq ki, R.Zeneli heç bir mübarizədə iştirak etməmişdi.
saytlarin hazirlanmasi