2 dəst medalın sahibi məlum oldu
Bu gün Bakı-2015 I Avropa Oyunlarının akrobatikada növbəti yarışlar keçirilir.
Sportal.az xəbər verir ki, yarışlarında 2 dəst medalın sahibləri müəyyənləşməlidi.
Qadınlardan ibarət qrupların mübarizəsi başa çatıb. 11 komandanın yarışında Azərbaycan millisi də çıxış edib. Yığmamız yarışa Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət “üçlük”lə qatılıb.
82,310 xal toplayan komandamız yarışı 5-ci pillədə başa vurub. Çempion adına belçikalılar yiyələnib – 86,480. Rusiya (85,430) 2-ci, Belarus (84,610) 3-cü olub.
Saat 12:50-də cütlüklər mübarizəyə başlayacaq. Ulyana Dyakova və Anatoli Leonovun təşkil etdiyi cütlük 9 komandanın yarışında qüvvəsini sınayacaq.
saytlarin hazirlanmasi