Premyer Liqadan A Seriyaya
"Mançester Siti"nin hücumçusu Stevan Yovetiç karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 25 yaşlı çernoqoriyalı futbolçu ilə "Milan" yaxından maraqlanır. Yovetiçin transferində Milan təmsilçisinin vitse-prezidenti Adriano Qalliani maraqlıdı.
Qeyd edək ki, Stevan bu mövsüm "rossoner"lərin heyətində çıxdığı 17 matçda 5 qol və 3 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi