56 kq çəki dərəcəsində
Azərbaycan boks yığmasının üzvü Tayfur Əliyev (56 kq) Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü 1/8 finalda rumıniyalı Nikolae Andreiana üzərində qələbə qazanıb - 3:0.
Həmyerlimiz 1/4 finalda danimarkalı Frederik Yensenlə qarşılaşacaq. Yensen bu gün finlandiyalı Matti Kootanı məğlub edib - 2:1.
Tayfur Əliyev Yensenlə iyunun 22-də, saat 14:00-da görüşəcək.
saytlarin hazirlanmasi