Xavyer Saviola “River Pleyt”lə anlaşdı
Argentina millisinin sabiq futbolçusu Xavyer Saviola keryerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, son mövsümü İtaliya “Verona”sında keçirən hücumçu “River Pleyt” klubundan təklif alıb.
1998-ci ildə futbolçu karyerasına “River Pleyt”də başlayan saviolanın yenidən kluba dönüşü yaxın günlərdə rəsmləşə bilər. Baş məşqçi Marselo Qalyardo millidən tanıdığı futbolçunu komandasında görmək istəyir. Ötən mövsüm A seriyasında 15 oyuna çıxan argentinal hücumçu 1 qol vurub.
Qeyd edək ki, Saviola karyerası ərzində “Barselona”, “Monako”, “Sevilya”, “Real”, “Benfika”, “Malaqa” və “Olimpiakos” klublarında çıxış edib.
saytlarin hazirlanmasi