"Avropa oyunları ilə Azərbaycan çox böyük bir uğura imza atdı"

02:10 - 20 İyun 2015

“Taekvandoda qazandığınız 3 qızıl medal da göstərir ki, ölkənizdə bu idman növü çox sevilir”
 
“Azərbaycanda çox böyük bir idman bayramına ev sahibliyi edir. Düşünürəm ki, burdakı hər kəs işinin öhdəsindən çox gözəl gəlir. Azərbaycan idmançıları  ilk Avropa Oyunlarında yaxşı çıxış edir”.

Sportal.az xəbər verir ki, bu sözləri açıqlamasında Fransa Taekvando Federasiyasının prezidenti Roger Piarulli deyib.

Avropa Oyunlarının təşkilatçılığına heyran qaldığını deyən Piarulli ölkəmizi bu addımına görə alqışlayıb:
 
"Taekvandoda qazandığınız 3 qızıl medal da göstərir ki, ölkənizdə bu idman növü çox sevilir. "Bakı-2015"in açılış mərasimini  canlı izlədik və möhtəşəmliyinə heyran qaldıq. Avropa oyunları ilə Azərbaycan çox böyük bir uğura imza atdı. Bu oyunlar böyük vəsait tələb edən bir tədbirdir. Biz belə tədbirləri yüksək qarşılayırıq. Bizi də sözlə təsvir edilməyəcək dərəcədə gözəl qarşıladılar. Alqışlar Azərbaycana".
 
Mənbə: Qol.az

Xəbər xətti