Demba Ba Türkiyədən ayrılır

02:25 - 20 İyun 2015

Seneqallı futbolçu Çin klubuyla razılığa gəldi
 
“Beşiktaş” klubu hücumçusu Demba Ba ilə yollarını ayırmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, seneqallı futbolçu Çinin “Şanxay Şensua” klubuna transfer olunur.

İstanbul təmsilçisi  bu keçidin qarşılığında çinlilərdən 14 milyon avro tələb edib. “Şanxay Şensua” klubu “Qara qartallar”ın irəli sürdüyü şərtləri qəbul edərərk yaxın günlərdə hücumçuyla müqavilə bağlacaq.    

Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçunun  “Beşiktaş”la qarşıda 3 il müqaviləsi var.

Xəbər xətti