"Milan"dan hollandiyalı futbolçuya yeni müqavilə

02:42 - 20 İyun 2015

Baş məşqçi de Yonqu əldən vermək istəmir
 
“Milan”ın yeni baş məşqçisi Sinişa Mixayloviç bəzi futbolçuları komandada saxlamağa çalışır.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu ayın sonunda müqaviləsi başa çatacaq Naycel de Yonqla yenidən anlaşmaq istəyir.
 
Hollandiyalı futbolçunu düşərgədə saxlamağa çalışan “Milan” klubu onun maşını artıracaq. Klubun təkilf etdiyi yeni müqavilədə futbolçu İtaliya təmsilçisində ilinə 2,5 milyon avro qazanacaq. Əgər tərəflər razılığa gələrsə, Hollandiya yığma komandasının üzvü “rossonerilər”lə iki illik müqavilə bağlayacaq.
 
Qeyd edək ki, Naycil de Yonq geridə qalan mövsümdə “Milan”ın heyətində 30 oyun keçirib və 4 qol vurub.         

Xəbər xətti