Avroliqanın qalibi "Deportivo"ya keçdi

03:05 - 20 İyun 2015

Fernando Navarro "Sevilya”dan ayrıldı
 
“Seviya” klubu kapitan Fernando Navarroyla yollarını ayırdığını rəsmən açıqlayıb.
 
Sportal.az xəbər verir ki, əndəlusluların düşərgəsini tərk edən 32 yaşlı futbolçu “Deportivo”yla anlaşıb.
 
La-Koruniya təmsilçisiylə 3 illik müqavilə bağlayan müdafiəçi karyerasını sözügedən komandada başa vuracaq. “Sevilya”da 282 oyun keçirən Navarro klubla ardıcıl iki dəfə  Avropa Liqası kubokunu (2014, 2015) qazanıb. Bundan başqa, təcrübəli futbolçu 2010-cu ildə əndəlusların heyətində İspaniya ölkə kubokuna da sahib olub.
 
İspaniya yığmasında iki oyun keçirən Fernando Navarro vaxtı ilə “Barselona”, “Albasete” və “Malyorka” klublarında forma geyinib.           

Xəbər xətti