"Bakı-2015": İradə Aşumova 15-ci oldu

12:39 - 20 İyun 2015

Yarımfinala yüksələ bilmədi

 

"Bakı-2015" I Avropa Oyunlarında qadınlar arasında 25 metrdən tapança ilə atəş üzrə yarışların yarımfinalçıları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 576 xal yığan Azərbaycan atıcısı İradə Aşumova yarışlarda  15-ci olub. Bu nəticə ilə 57 yaşlı atıcımız yarımfinala yüksələ bilməyib.

 

Qeyd edək ki, daha öncə İradə Aşumova 10 metrdən tapança ilə atışda təsnifat mərhələsindəcə 373 xalla 26-cı yeri tutaraq, finala yüksələ bilməyib. O, yanvarın 22-də daha bir yarışa - 10 metrdən hava tapançası ilə komanda atışına qatılacaq.

Xəbər xətti