"Bakı-2015": İki boskçumuz 1/4 finalda

15:45 - 20 İyun 2015

Məmişzadə və Səlimovdan inamlı qələbə
 
“Bakı-2015” I Avropa Oyunlarında boks yarışları davam edir.
 
Sportal.az xəbər verir ki, bu gün 1/8 mərhələsinin daha 6 çəki dərəcəsində görüşlər keçirilib.
 
Yığmamızın iki boksçusu bu gün mübarizəyə qoşulub. Elvin Məmişzadə və Albert Səlimov 1/4 finala çıxmaq üçün yarışıb ki, hər ikisi işinin öhdəsindən layiqincə gəlib.
 
Qeyd edək ki, boksçularımızdan Tayfur Əliyev, Teymur Məmmədov  və Məhəmmədrəsul Məcidov artıq 1/4 finala vəsiqəni təmin edib.
 
 
52 kq
 
Millimizin üzvü Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi irlandiyalı Mayls Kesi olub. Hər üç raunddan qalib ayrılan (3:0) boksçumuz 1/4 finala yüksəlib. O, bu mərhələdə bolqarıstanlı Daniel Asenovla qarşılaşacaq. Döyüşün iyunun 22-də saat 19:30-da başlayacağı gözlənilir. 
 
 
60 kq
 
Bu çəki dərəcəsində Albert Səlimov un bügünkü döyüçü maraqla gözlənilir. Çünki idmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. Hər üç raundda rəqibindən üstün olan Səlimov adını 1/4 finala yazdırıb. 

Xəbər xətti