"Bakı-2015": İdmançımız gümüş medal qazandı

17:14 - 20 İyun 2015

Oleq Stepkondan uğurlu başlanğıc
 
Bu gün Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışları keçirilir.
 
Sportal.az xəbər verir ki, 6 idmançının mübarizə apardığı yarışda qadınlar 4, kişilər 6 hərəkətdə çıxış edir.
Mükafatlar uğrunda yarışda Azərbaycanı Oleq Stepko təmsil edir. 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda da qüvvəsini sınayır. Stepkonun ilk çıxışı uğurlu alınıb. Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub və gümüş medala sahib çıxıb. 

Xəbər xətti