"Bakı-2015": Velosipedçimiz 32-ci oldu

18:23 - 20 İyun 2015

İki idmançımız yarışdı
 
"Bakı-2015" I Avropa Oyunlarında şosse velosipedi üzrə yarışlar davam edir.
 
Sportal.az xəbər verir ki, bu gün qadın velosipedçilərin şosse yürüşü keçirilib. 66 idmançı çıxış etdiyi yürüşdə Azərbaycan yığmasının iki üzvü Alyona Pavluxina və Ülfət Nəzərli qüvvələrini sınayıb.
 
Onlardan yalnız biri finiş xəttinə çatıb. Məsafəni 3 saat 25 dəqiqə 57 saniyəyə qət edən Alyona yekunda 32-ci olub. məsafəni sonadək qət edə bilməyən Ülfət Nəzərli isə yarışı dayandırıb.

Xəbər xətti