19 yaşlı futbolçuyla daha iki klub maraqlanır
“River Pleyt”ın hücumçusu Covanni Simeone Avropa klublarının maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, 19 yaşlı argentinalı futbolçunu “Atletiko”, “Palermo” və “Rayo Valyekano” klubları heyətinə qatmaq istəyir.
Futbolçunun atasının başçılıq etdiyi Madrid “Atletiko”suna keçəcəyi real görünür.
Qeyd edək ki, Dieqo Simeonenin oğlu qışda gənclər arasında keçirilən Amerika Kubokunda Argentina yığmasının heyətində 9 qol vuraraq turnirin bombardiri olub.
saytlarin hazirlanmasi