Stepko bu dəfə birinci oldu
Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edən gimnastımız Oleq Stepko bu gün növbəti medal qazanıb.
Sportal.az xəbər verir ki, 21 yaşlı idmançı paralel qollarda yarışında 15.733 xal yığaraq qızı medala sahib çıxıb. Bu, Azərbaycanın Avropa Oyunlarındakı 14-cü qızılı olub. Rusiyalı David Belyavski 15.700 balla gümüş, rumıniyalı Marius Berbekar 15.600 balla bürünc medal əldə edib.
Qeyd edək ki, Oleq Stepko bu gün gimnastika atı ilə gümüş, dayaqla tullanmada isə bürünc medal əldə edib. O, əvvəlki yarışlarda isə çoxnövçülükdə gümüş, komanda növündə bürünc medal qazanıb.
saytlarin hazirlanmasi