Serbiya millisi dünya çempionu oldu

02:23 - 21 İyun 2015

Mali yığması isə  bürünc mükafata sahib çıxdı  
 
Yeni Zellandiyada keçirilən 20 yaşlılardan ibarət milli komandalar arasında dünya çempionatına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, finalda Sebiya və Braziliya yığmaları qarşılaşıb. Ilk yarıdan qolsuz ayrılan tərəflər ikinici hissəyə fəal başlayıblar.
 
70-ci dəqiqədə Stanisa Mnadiç serbləri hesabda önə keçirib. Lakin braziliyalıların da cavab qolu özünü çox gözlətməyib. Serblərin qolundan 3 dəqiqə sonra Andreas Pereyra tarazlığı bərpa edib. Əsas vaxt heç-heçə başa çatdığından qalibi müəyyən etmək üçün əlavə vaxt təyin olunub. 118-ci dəqiqədə Nemanya Maksimoviçin qolu Serbiya millisini tarixində ilk dəfə dünya çempionluğuna qovuşdurub.
 
Qeyd edək ki, üçüncü yer uğurunda mübarizədə Mali yığması Seneqala 3:1 hesabı ilə qalib gəlib.          
  

Xəbər xətti