8 milyon avro dəyərində...
Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan Luiş Nani növbəti mövsümdən Türkiyədə çıxış edəcək.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, portuqal futbolçu "Fənərbaxça" ilə şəxsi müqavilənin detalları barədə razılıq əldə edib. Hazırda "qırmızı şeytanlar"la transferin keçidi müzakirə olunur. Naninin transferi "sarı bülbüllər"ə 8 milyon avroya başa gələcək.
Qeyd edək ki, 28 yaşlı futbolçu ötən mövsüm icarə əsasında Lissabon "Sportinq"ində forma geyinib.
saytlarin hazirlanmasi