"Bakı-2015": Pərviz Bağırov da 1/4 finalda

15:54 - 21 İyun 2015

Boksçumuz moldovalını məğlub etdi
 
Pərviz Bağırov Avropa Oyunlarında ilk döyüşünü keçirib.
 
Sportal.az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz moldovalı Vasili Belausu 3:0 hesabı ilə məğlub edib.
 
Milli komandamızın üzvü 1/4 final mərhələsində Almaniyanı təmsil edən Abbas Baraou ilə qarşılaşacaq. Həmin görüş iyunun 23-də keçiriləcək.

Xəbər xətti