"Bakı-2015": Millimizdən 35-ci medal

19:56 - 21 İyun 2015

Marina Durunda gümüş medal qazandı
 
Bədii gimnastika üzrə Azərbaycan millisi daha bir uğura imza atıb. 
 
Sportal.az xəbər verir ki, təmsilçimiz Marina Durunda lentlə hərəkətlərdə gümüş medal qazanıb. 
 
Çıxışı xalla 18,200 qiymətləndirilən idmançımız yalnız rusiyalı Yana Kudryavtsevadan (19,000) geri qalaraq, yarışı 2-ci pillədə başa vurub. Bürünc medala isə gürcüstanlı Salome Pajava (17,950) yiyələnib.
 
Bu, Azərbaycanın 35-ci medalıdır.

Xəbər xətti