Alekseyeva rusiyalı ilə qarşılaşacaq
Yana Alekseyevanın Avropa Oyunlarının 1/4 final mərhələsində rəqibi məlum oldu.
Sportal.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən boksçumuz növbəti görüşünü rusiyalı Zinaida Dobrıninaya qarşı keçirəcək.
Dobrınina 1/8 final mərhələsində İsveçrə idmançısı Sandra Bruggeri məğlub edib - 3:0.
Alekseyeva - Dobrınina qarşılaşması iyunun 24-də keçiriləcək.
saytlarin hazirlanmasi