Pepe Reyna “Bavariya” ilə yollarını ayırdı
“Bavariya” klubunun qolkiperi Pepe Reyna karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin əsas heyətində yer almayan ispaniyalı futbolçu yaxın günlərdə “Napoli”ylə müqavilə bağlayacaq.
Neapol təmsilçisinin 32 yaşlı “çərçivə” qorucusuyla 3 illik müqavilə bağlayacağı gözlənilir.
Xatırladaq ki, 2013-2014 mövsümündə Pepe Reyna “Napoli” klubunda çıxış edib.
saytlarin hazirlanmasi