Hücumçu Turində ilinə 3,5 milyon qazanacaq
Madrid “Atletiko”sunun hücumçusu Mario Mandzukiçin “Yuventus”a transferi rəsmiləşmək üzrədir.
Sportal.az xəbər verir ki, xorvatiyalı futbolçu artıq Turinə yollanıb.
“Yuventus”un rəsmi səhifəsində hücumçunun bu gün klubla rəsmi müqavilə bağlayacağı barədə xəbərlər yayılıb.
Xorvatiya millisinin aparıcı üzvünün transferi “Qoca Sinyora”ya 18 milyona avroya başa gəlib. İtaliya çempionun heyətində hücumçu ilinə 3.5 milyon avro qazanacaq.
saytlarin hazirlanmasi