İspaniyalı futbolçuya “Atletiko”dan cəlbedici təklif
“Napoli” klubunun yarımmüdafiəçisi Xose Kalyexon İspaniyaya qayıdır.
Sportal.az xəbər verir ki, 28 yaşlı ispaniyalı futbolçu yenidən Madrid klubunda çıxış edə bilər. Bu dəfə o, “Real”ın deyil, “Atletiko”nun formasını geyinməyə yaxındır.
Yeni baş məşqçi Maurisio Sarrinin oyun fəlsəfəsinə uyğun gəlməyən futbolçu neapolluların düşərgəsini tərk etməyə hazırlaşır. Kalyexonun İtaliyadan ayrılacağını görən madridlilər dərhal hərəkətə keçiblər. “Atletiko” rəhbərliyi ispaniyalı futbolçunun transfer qarşılığında “Napoli”yə 11 milyon avro təklif edib.
Xatırladaq ki, ötən mövsüm “Napoli”nin heyətində 59 oyun keçirən Kalyexon 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi