"Bakı-2015": təmsilçilərimiz yarımfinala yüksələ bilmədi

13:50 - 22 İyun 2015

10-cu pillədə qərarlaşdılar

 

Bu gün "Bakı-2015" I Avropa Oyunlarının atıcılıq yarışlarına yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, qarışıq komanda halında 10 metrdən hava tapançası ilə atəş yarışında Azərbaycan təmsilçiləri İradə Aşumova ilə oğlu Ruslan Lunyov çıxış edib.  İdmançılarımız 473 xalla 10-cu pilləni tutub və yarımfinala yüksələ bilməyib. 

 
Dairəvi stenddə isə Emin Cəfərovla Nurlana Cəfərova hədəf önünə keçib. Onlar 87 xalla 11 idmançı arasında sonuncu olub.

Xəbər xətti