"Bakı-2015": Tayfur Əliyev yarımfinalda, Salman Əlizadə uduzdu

14:33 - 22 İyun 2015

1/4 final matçları

 

Bu gün "Bakı-2015" Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, iki çəki dərəcəsində rinqə çıxan boksçularımızdan Tayfur Əliyev qələbə qazansa da, Salman Əlizadə məğlub olub.

 

49 kq

Avropa və dünya çempionumuz Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulub. Boksçumuz ilk cəhddə irlandiyalı Brendan İrvinlə gücünü yoxlayıb. Əlizadə 1:2 (28:29, 29:28, 28:29) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

 

56 kq

İlk qarşılaşmasında rumıniyalı Nikolae Andreiananı mübarizədən kənarlaşdıran Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayıb. Əliyev öncəki mərhələdə Koota Mattini (Finlandiya) məğlub edən Yansenə qalib gələrək yarımfinala çıxıb - 3:0 (29:28, 29:28, 29:28).

Xəbər xətti