"Neftçi"nin rəqibini yaxından tanıyaq

17:54 - 22 İyun 2015

65 yaşlı "Mladost"
 
"Neftçi" Avroliqanın I təsnifat mərhələsində Çernoqoriyanın "Mladost" klubu ilə qarşılaşacaq.
 
Sportal.az təmsilçimizin rəqibi haqda ətraflı məlumatı təqdim edir:
 
"Mladost" futbol klubu 1950-ci ildə Çernoqoriyanın Podqoritsa şəhərində yaradılıb. Komanda ev oyunlarını 2000 azarkeş tutumu olan "Mladost" stadionunda keçirir. Çernoqoriya çempionatının ilk - 2006/07 mövsüsündə güclülər dəstəsinə çıхan komanda iki mövsüm sonra aşağı liqaya yuvarlanıb. "Neftçi"nin rəqibi 2009/10 mövsümündə yenidən elitaya qayıdıb. 2014/15 mövsümünü 4-cü pillədə başa vuran "Mladost" Avropa Liqasına vəsiqə əldə edib.
 
Podqoritsa təmsilçisi bundan əvvəl bir dəfə Avropa Liqasında iştirak edib. 2013/14 mövsümündə I təsnifat mərhələsində Macarıstanın "Videoton", ardınca Slovakiyanın "Senitsa" klublarını mübarizədən kənarlaşdıran "Mladost" III təsnifat mərhələsində "Sevilya"ya (İspaniya) yenilib (1:6, 0:3). 
 
Komandanın baş məşqçisi Aleksandar Nedoviçdi. 36 yaşlı mütəхəssis 2014-cü ildən "Mladost"u çalışdırır.
 
"Mladost"un hazırki heyətində cəmi iki legioner (serbiyalı) futbolçu yer alır.

Xəbər xətti