"Qəbələ"nin rəqibini yaxından tanıyaq

18:34 - 22 İyun 2015

Gürcüstan futbolunun flaqmanı hesab edilən "Dinamo"
 
Ölkəmizi Avroliqada təmsil edəcək "Qəbələ" I təsnifat mərhələsində Gürcüstan "Dinamo"su ilə qarşılaşacaq.
 
Sportal.az təmsilçimizin rəqibi haqda geniş məlumatı təqdim edirik:
 
"Dinamo" futbol klubu 1925-ci ildə yaradılıb.Gürcüstan futbolunun flaqmanı hələ Sovet dönəmində də ən güclü komandalardan biri hesab olunurdu. Tiflis təmsilçisi avrokubokların qrup mərhələsində çıxış etmiş ilk Qafqaz klubudur. Bu, 2004-cü ildə baş verib.
 
"Dinamo" son mövsümdə Gürcüstan çempionatında ikinci yeri tutub. Komanda çempion "Dila"dan 6 xal geri qalıb. Keçirdiyi 30 oyunda 17 qələbə qazanıb, 7 heç-heçə edən paytaxt klubu 6 dəfə meydanı məğlub tərk edib. Mövsümün ən çox qol vuran (56) komandası ünvanına sahib çıxan tiflislilər öz qapılarında 28 top görüblər.
 
Klubun prezidenti Roman Pipiya, baş məşqçisi Kaxi Qoqiçaişvilidir. Komanda ev oyunlarını 55 min azarkeş tutumuna malik olan paytaxtdakı "Dinamo Arena"da keçirir.
 
"Dinamo"nun heyətində Gürcüstan yığmasının bir neçə üzvü çıхış edik. Bundan başqa İspaniya, Slovakiya, Braziliya və Serbiyadan olan 4 legioner komandanın formasını geyinir.

Xəbər xətti