"Var gücümüzlə mübarizə aparacağıq"
"Azərbaycanda belə mötəbər yarışların keçirilməsi sevindirici haldır. Bu, bizə stimul, ruh yüksəkliyi verir".
Sportal.az xəbər verir ki, bunu Azərbaycan çimərlik futbolu komandasının kapitanı Emin Kürdov deyib. O, çimərlik futbolunun da Avropa Oyunlarına daxil edilməsini yüksək qiymətləndirib.
"Bizim komandamız qarşısında çox böyük məsuliyyət durur. 7 komanda "A", biz isə"B" divizyonunun komandasıyıq. Amma istənilən halda biz var gücümüzlə mübarizə aparacağıq. İnanıram ki, Avropa Oyunların çimərlik futbolunun da olması bu idman növünün geniş yayılmasına və təşviqinə imkan verəcək".
saytlarin hazirlanmasi