"Bakı-2015": Azərbaycan üzgüçüsü yarımfinalda 13-cü oldu

18:15 - 23 İyun 2015

12 növ üzrə yarışlar

 

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında üzgüçülük yarışlarına start verilib.

 

Sportal.az xəbər verir ki, Bakı Su İdmanı Mərkəzində üzgüçülüyün 12 növü üzrə yarışlar keçirilir.

 

Bu gün 7 medal dəst sahibini tapacaq. Digər növlərdə isə ilkin mərhələdə qüvvəsini sınayacaqlar.

 

Üzgüçülük yarışlarında Azərbaycanı təmsil edən 9 idmançıdan 8-i bu gün fərdi yarışlarda çıxış edib. Onlardan 7-si mübarizəni ilkin mərhələdə dayandırıb. Artyom Yeltyakov yarımfinala yüksəlib. Yarımfinalda təmsilçimiz məsafəni daha tez qət etsə də, finişə çatan 15 idmançı arasında 13-cü olub. Bu da ona həlledici mərhələdə çıxış edəcək “8-liy”ə düşməyə imkan verməyib.

 

Bundan başqa, estafetdə çıxış edən yığmamız da finala vəsiqə əldə edə bilməyib.

Xəbər xətti