"Bakı-2015": Basketbolçularımız məğlub oldu

19:27 - 23 İyun 2015

İsveçrə - Azərbaycan - 15:11

 

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında basketbol oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3X3 növündə qrup oyunları keçirilir.

 

A qrupunda yer alan Azərbaycanın qadınlardan ibarət yığması ilk görüşünü keçirib. İsveçrə ilə üz-üzə gələn komandamız rəqibinə 11:15 hesabı ilə uduzub.

 

D qrupunda mübarizə aparan kişilərdən ibarət yığmamız bu gün iki oyun keçirəcək. İlk matçını Çexiyaya qarşı keçirəcək millimiz daha sonra İsveçrə ilə qarşılaşacaq. 




23 iyun


A qrupu

İsveçrə - Azərbaycan - 15:11
 

D qrupu

19:55. Azərbaycan – Çexiya

21:35. İsveçrə - Azərbaycan

Xəbər xətti