Rəqib yenə Türkiyə
“Bakı-2015” Avropa Oyunlarında voleybol yarışları davam edir.
Sportal.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin qarşılaşmaları keçirilib. Qadınlardan ibarət Azərbaycan milli komandası Hollandiya ilə qarşılaşıb. İdmançılarımız rəqibini hər üç setdə üstələyərək meydandan qalib ayrılıb.
Millimiz yarımfinalda Türkiyə komandası ilə qarşılaşacaq. Qeyd edək ki, türklər 1/4 final mərhələsində Rusiyalı voleybolçulardan üstün olublar.
saytlarin hazirlanmasi