Azərbaycanın aktivindəki medalların sayı 39-da qaldı
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında daha 9 dəst medalın sahibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu dəfə iki idman növü üzrə yarışların mükafatçıları məlum olub. Bunlar qılıncoynatma və üzgüçülükdü.
Bu iki növdə ümumilikdə 16 idmançımız iştirak etsə də, heç biri medalçılar sırasına düşə bilməyib.
Azərbaycan Avropa Oyunlarının startından bəri ilk dəfə günü medalsız başa vurub.
Bu gün mükafat qazanılmadığından, Azərbaycanın aktivindəki medalların sayı 39-da qalıb.
saytlarin hazirlanmasi