Reyna "Napoli" ilə müqavilə imzalayıb
İspaniya milli komandasının və “Bavariya”nın qapıçısı Pepe Reyna karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, təcrübəli əlcək sahibi “Napoli” ilə müqavilə imzalayıb. Bu barədə neapolluların prezidenti Aurelio de Laurentis öz “tvitter” hesabında məlumat verib.
“Bavariya” da rəsmi olaraq ispan qapıçının klubdan ayrıldığını təsdiqləyib.
Qeyd edək ki, 32 yaşlı qapıçı ilə 2017-ci ilədək müqavilə imzalanıb. Reyna daha əvvəl də icarə əsasında “Napoli”nin şərəfini qoruyub.
saytlarin hazirlanmasi