"Bakı-2015": Rusiya 1-ci, Azərbaycan 2-ci. Almaniya 3-cüdür FOTO

01:15 - 24 İyun 2015

163 dəst medal sahibini tapıb
 
"Bakı-2015" I Avropa Oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, artıq 163 dəst medal sahibini tapıb.
 
İlk pillədə Rusiya qərarlaşıb. Şimal qonşumuzun aktivində 45-i qızıl, 23-ü gümüş və 19-u bürünc olmaqla ümumilikdə 87 medal var. Milli komandamız 39 medal qazanıb. Onlardan 14-ü qızıl, 11-i gümüş, 14-ü bürünc medaldı. Almaniya 11 qızıl, 9 gümüş, 12 bürünc medalla ilk "üçlüy"ü qapayır.
 

Xəbər xətti