Rivaldo yenidən futbola qayıdır
Braziliya millisinin sabiq oyunçusu Rivaldo futbola qayıtmağa qərar verib.
Sportal.az xəbər verir ki, bu barədə 43 yaşlı Rivaldo özünün "Facebook" hesabından yazıb:
“Çox fikirləşdikdən sonra “Mogi Mirim”də futbola qayıtmağa qərar verdim. Peşəkar futboldan ayrılmağımdan 15 ay ötür. Ancaq indi dizim qaydasındadır. Komandaya bəzi oyunlarda kömək edə bilərəm. Lakin hər şeyə məşqlərdən sonra aydınlıq gələcək”.
Qeyd edək ki, Rivaldonun sahibi olduğu “Mogi Mirim” Braziliyanın ikinci liqasında mübarizə aparır.
saytlarin hazirlanmasi