2 növdə gedən yarış
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına daha 2 dəst medalın sahibi müəyyənləşəcək.
Sportal.az xəbər verir ki, qadınlar rapira, kişilər şpaqada növündə mükafatçıları müəyyənləşdirir.
Kişilərin qrup mərhələsində 35 idmançı mübarizəyə qatılıb. Onlar 5 qrupda qüvvəsini sınayıb. Azərbaycanın 4 şpaqaçısı da bu mərhələdə mübarizə aparıb.
Kənan Əliyev A, Nəcəf Məhərrəmov B, Vəkil Nəsibov C, Mehrab Həsənov E qrupunda çıxış edib. Şpaqaçılarımızdan yalnız ikisi qələbə sevinci yaşayıb. Kənan 2, Mehrab 1 dəfə qalib gəlməyi bacarıb. Onların hər ikisi qrupda 6-ci yeri tutub. 6 oyunun hamısında yenilən Nəcəflə Vəkil isə 7-ci olub. Qrup mərhələsindəki uğursuzluq qılıncoynadanlarımızın 1/16 finaal yüksəlməsinə imkan verməyib və təmsilçilərimiz mübarizəni dayandırıb.
Qadınların rapira yarışında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparıb. Bu yarışda ölkəmiz təmsil olunmayıb.
saytlarin hazirlanmasi